FİFA nümayəndələri “Bakı”nın bazasında

FİFA nümayəndələri “Bakı”nın bazasında
XƏBƏR 6 Oktyabr 2011 / 16:52 1407
-  A +

FIFA 2012-ci ildə Azərbaycanda keçiriləcək 17 yaşadək qızlar arasında dünya çempionatının oyunlarını qəbul edəcək stadionlar və məşq meydançalarında çalışan şəxslər üçün treninqləri davam etdirir.

Qol.Az-ın məlumatına görə, bir neçə gün əvvəl “Dalğa Arena”da olan FİFA nümayəndələri Oliver Voqt, Stüart Larman, Stefan Baker və Markus Keller bu dəfə “Bakı” klubunun təlim-məşq bazasına baş çəkiblər.

Gün ərzində praktik və təcrübi məşğələlər keçən iştirakçılar klub infrastrukturu ilə tanış olub, təbii və süni meydanlara baxış keçiriblər. Görülən işlərə yüksək qiymət verən FİFA mütəxəssisləri infrastrukturun təkmilləşdirilməsi barədə tövsiyyələrini bildiriblər.

Qeyd edək ki, "Bakı" futbol klubunun təlim-məşq bazasının stadionu dünya çempionatının keçirələcəyi 4 arenadan biridir.

Son xəbərlər
28.06.25  14:51

"Milan"dan getdilər

28.06.25  13:59

"Yuventus"da ciddi itki