Bakıda keçirilən boks üzrə dünya çempionatında oktyabrın 6-da istirahət günüdür.
Qol.Az-ın məlumatına görə, artıq yarımfinala və 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya qazanan idmançılar müəyyənləşib. Azərbaycan yığmasının 2 üzvü – Teymur Məmmədov (91 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) yarımfinala yüksəlməklə, ən azı bürünc medalı təmin edib. Bu göstəricidə ölkəmiz Ukrayna (5), Qazaxıstan (4), Rusiya, İngiltərə və Kubadan (hərəyə 3) geri qalır.
Çin, Braziliya, İtaliya və Özbəkistanla eyni miqdarda medalı təmin edən yığmamız Monqolustan, Koreya, İrlandiya, Tacikistan, Yaponiya, Rumıniya, Belarus, ABŞ, Uels, Litva, Hindistan və Almaniyanı (hərəyə 1) qabaqlayır.
London olimpiadasına isə 5 boksçumuz lisenziya qazanıb. Məmmədov və Məcidovdan əlavə, Elvin Məmişzadə (52 kq), Heybətulla Hacəliyev (64 kq) və Soltan Migitinov (75 kq) da olimpiya vəsiqələrini təmin edib. Ən çox lisenziyaya Ukrayna (6) sahib olub. Qazaxıstan və Rusiyadan (hərəyə 5) da geri qalan millimiz Kuba, İngiltərə, Hindistan və Özbəkistanla eyni miqdarda (hərəyə 4) vəsiqə qazanıb.
Ölkəmiz Çin, İrlandiya, İtaliya, ABŞ (hərəyə 3), Braziliya, Macarıstan, Koreya, Monqolustan, Uels (hərəyə 2), Ermənistan, Avstraliya, Belarus, Bolqarıstan, Almaniya, İran, Yaponiya, Litva, Moldova, Rumıniya, Serbiya, İspaniya, Tacikistan, Tailandı (hərəyə 1) qabaqlayır.
Daha 20 lisenziya sahibi isə yarımfinal görüşlərindən sonra məlum olacaq. Ölkəmizə lisenziyalardan birini WSB Liqasında çıxış etmiş Soltan Migitinov qazandırıb. Bu Liqadan digər lisenziyaları Qazaxıstan, Fransa, Əlcəzair və İtaliya boksçuları əldə edib.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu