Hosiner: "Bakıda özümü sübut edəcəyəm"

Hosiner: "Bakıda özümü sübut edəcəyəm"
XƏBƏR 6 Oktyabr 2011 / 14:36 1384
-  A +

AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində sabah Bakıda millimizin qonağı olacaq Avstriya yığmasının hücumçusu Filip Hosiner qarşıdakı oyunla bağlı fikilərini bölüşüb.

Qol.Az-ın məlumatına görə, Avstriya millisinə yeni dəvət olunmuş 22 yaşlı futbolçu Azərbaycanla oyunda özünü sübut etməyə çalışacağını bildirib:

"Milliyə dəvət edildiyim üçün çox şadam. Mən sürətli oyunçuyam və təbii ot örtüklü meydançada yaxşı təsir bağışlayıram. Lakin mütəmadi olaraq milliyə çağırılmaq istəyirəm.

Qarşıda Azərbaycanla oyunumuz var. Bakıdakı görüşdə baş məşqçi mənə şans verərsə, meydana çıxıb özümü sübut edəcəyəm".


Son xəbərlər
14.06.24  16:24

"Sabah"da ayrılıq