“Aleksandr Səmədovun Slovakiyaya qarşı oynamaq şansı var”

“Aleksandr Səmədovun Slovakiyaya qarşı oynamaq şansı var”
XƏBƏR 5 Oktyabr 2011 / 18:30 1435
-  A +

Rusiya millisnin baş məşqçisi Dik Advokat komandaya ilk dəfə dəvət alan Aleksandr Səmədovla Vladimir Dyadyunun Avro-2012-nin seçmə mərhələsinin qarşıdakı oyunlarında meydana çıxmaq şanslarını dəyərləndirib.

Qol.Az-ın Rusiya mətbuatına istinadən yaydığı məlumata görə, hollandiyalı çalışdırıcı hər iki futbolçunun Slovakiya və Andorra kollektivləri ilə matçlarda oynaya biləcəyini istisna etməyib.

Təcrübəli mütəxəssis millinin digər üzvləri kimi, Səmədovla Dyadyunun da sözügedən oyunlarda meydana çıxmaq şanslarının olduğunu bildirib:

“Dyadyun və Səmədov da hamı ilə birlikdə məşq etdi. Onların da digərləri kimi, Slovakiyaya qarşı oynamaq şansları var. Jirkova gəldikdə isə o, toplanışın ilk günündə bizimlə olmasa da, bu gün bütün məşqdə iştirak edib və oynamağa hazırdır”.

Son xəbərlər