Avstriya millisinin hücumçusuna 3 oyunluq cəza

Avstriya millisinin hücumçusuna 3 oyunluq cəza
XƏBƏR 5 Oktyabr 2011 / 16:47 1516
-  A +

“Verder” klubunun avstriyalı hücumçusu Marko Arnautoviç diskvalifikasiya olunub.

Qol.Az-ın məlumatına görə, Bundesliqanın son turunun “Hannover”lə görüşündə matçın baş hakimini itələyən forvard 3 oyunluq cəzalanıb.

Qeyd edək ki, həmin epizoddan sonra Arnautoviç birbaşa qırmızı vərəqə alaraq, meydandan qovulmuşdu. Nizam-İntizam komitəsi isə bu hərəkətinə görə, futbolçuya layiq olduğu cəzanı verib.

Xatırladaq ki, Arnautoviç seçmə mərhələnin millimizlə Avstriyada baş tutan ilk oyununda dubl etmişdi. Həmin görüş komandamızın böyükhesablı məğlubiyyəti (0:3) ilə başa çatmışdı.

Daha çox


Son xəbərlər