Tailandlı boksçu Əlizadəni lisenziyadan məhrum etdi

XƏBƏR 5 Oktyabr 2011 / 16:35 1122
-  A +

49 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz Salman Əlizadənin dünya çempionatında London-2012-yə lisenziya qazanmaq şansı qalmayıb.

Qol.Az-ın məlumatına görə, buna Avropa çempionumuzu 1/8 finalda məğlub edən Kaeo Pongprayun (Tailand) yarımfinala yüksələ bilməməsi səbəb olub. Tailandlı boksçu 1/4 finalda Şiminq Zouya (Çin) uduzub.

Qeyd edək ki, 1/8 finalda Əlizadəni məğlub edən Pongprayun finala çıxacağı təqdirdə, boksçumuz lisenziya və bürünc medala ümid edə bilərdi.

Son xəbərlər
30.12.25  16:04

Pedri hazırdır