Avro 2012-nin seçmə mərhələsində oktyabrın 7-də Türkiyə millisinin qonağı olacaq Almaniya seçməsinin baş məşqçisi Yoahim Löv bu ölkənin mətbuatına maraqlı açıqlamalar verib.
Qol.Az-ın məlumatına görə, Türkiyənin “Fanatik” qəzetinə açıqlama verən təcrübəli mütəxəssis suallara verdiyi maraqlı və gülməli cavablarla diqqət çəkib.
Sözügedən mətbu orqanın müxbirinin “Müəllim, bizi çox yormayın. İkimizə də bir xal bəs edər” fikirlərinə Lövün münasibəti belə olub: “Sənə bir yaxşı, bir də pis xəbərim var. Əvvəlcə pis xəbər: Türkiyəni məğlub edəcəyik. İndi isə yaxşı xəbər: Belçikanı da udacağıq”.
Alman çalışdırıcı bu sözləri ilə həm Türkiyəni udacaqlarını, həm də Belçikanı məğlub etməklə, türklərin “play-off”a gedən yolunu açacaqlarını bildirib. Daha sonra isə Löv “ay-ulduzlu” komandaya tərif yağdırıb:
“Türkiyənin Avro-2012-nin final mərhələsinə qatılmağını istəyirəm və arzu edirəm. Avro-2008-də gördüyüm türk azarkeşinin coşğu və dəstəyini hələ də unutmamışam Türkiyə millisi hər çempionata rəng qatır. Sonadək mübarizə aparır. Ona görə də türklərin final mərhələsində iştirakını istəyirəm. Ancaq bunun üçün oyun günü meydanda heç nə edə bilmərik. Çünki biz Almaniya milli komandasıyıq və meydana ancaq qələbə üçün çıxırıq”.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi