Premyer Liqasının son turunda “Kəpəz”lə qarşılaşmada “Sumqayıt Şəhər”in yeganə qolunun müəllifi Eldar Məmmədov klubun rəsmi saytına müsahibə verib. Qol.Az saytı həmin müsahibəni təqdim edir:
- “Sumqayıt Şəhər”in Premyer Liqada uğursuzluğunun səbəbi nədir?
- “Sumqayıt Şəhər” bildiyiniz kimi yeni yaranmış kollektivdir. İlk günlər bəzi problemlərlə qarşı-qarşıya qalmışdıq. Heyətin formalaşması baxımından da, çətinliklərimiz kifayət qədər idi. Lakin zaman keçdikcə komandanın oyununda irəliləyiş hiss olunur. Uğursuzluğun başlıca səbəbi isə təcrübəsizlikdir. Futbolçularımızın əksəriyyəti gənclərdir. Təcrübəsizliyi əsas gətirib danışmaqda da yanlışdır. Öz üzərimizdə daha çox işləyib arzuolunmaz vəziyyətdən çıxmalıyıq.
- Gəncədə “Kəpəz”lə qarşılaşmada ilk qolun müəllifi oldun. Premyer Liqada ilk dəfə fərqləndiyin üçün hansı hissləri keçirdin?
- “Kəpəz”lə qarşılaşmada komanda olaraq çox yaxşı oynadıq. İkinci hissənin debütündə Hacı Əhmədovun zərbəsindən sonra top qapıdan keçsəydi nəticə xeyrimizə başa çata bilərdi. Qol vuran zaman qeyri-adi hiss keçirmədim. Mən hücumçuyam, hər oyuna qol vurmaq üçün çıxıram. Düşünürəm ki, qolların davamı gələcək. Bir müddət əvvəl 21 yaşadək futbolçulardan ibarət milli komandanın təlim-məşq toplanışına qatılmışdım. Ümid edirəm ki yaxın gələcəkdə yenidən U-21-ə dəvət alacağam.
- Növbəti turda doğma azarkeşlər qarşısında “Bakı” ilə üz-üzə gələcəksiniz. Bu oyundan hansı nəticəni gözləyirsən?
- “Bakı” Azərbaycan futbolunun ən güclü klubları sırasındadır. Paytaxt klubunun heyətində kifayət qədər təcrübəli futbolçular yer alır. Oyun bizim üçün çətin keçəcək, amma biz də meydana məğlub olmaq üçün çıxmırıq.
- Hansı futbolçu ilə meydanda daha yaxşı anlaşa bilirsən?
- Komandaya yeni gəldiyim zamanlar çətinlik çəkirdim. Uşaqları tanımırdım. Amma vaxt ötdükcə hər şey qaydasına düşdü. Oyunlar zamanı heç bir futbolçu ilə anlaşma problemi yaşamıram. Nisbətən Emin Mustafayev və Mahmud Qurbanovu meydanda daha yaxşı başa düşürəm.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi