"Rəvan" "Qarabağ"la oyunun hazırlıqlarına başlayır

"Rəvan" "Qarabağ"la oyunun hazırlıqlarına başlayır
XƏBƏR 5 Oktyabr 2011 / 13:11 1279
-  A +

Qəbələ səfərindən sonra “Rəvan” klubunun üzvlərinə qısa istirahət verilmişdir. Bir neçə futbolçu isə milli komandalarının oyunlarında iştirak etməkdən otrü öz ölkələrinə yola düşmüşdülər.

Bu gündən etibarən komanda yenidən təlim-məşqlərə “Dalğa Arena” stadionunda başlayacaq. Baş məşqçi Vladislav Qədirovun klubun saytına verdiyi məlumata əsasən, məşqlər əvvəlki rejimdə keçiriləcəkdir.

Qeyd edək ki, “Rəvan” FK növbəti matçını məhz bu meydanda 16 oktyabrda “Qarabağ”a qarşı keçirəcək.

Son xəbərlər