FİFA stadionlarımızla bağlı treninqlərə başladı

XƏBƏR 4 Oktyabr 2011 / 18:07 1593
-  A +

Bu gündən etibarən Bakıda FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan – 2012-nin oyunlarının keçiriləcəyi stadionlar və məşq meydançalarında çalışan şəxslər üçün treninqlər başlayıb.

Qol.Az-ın məlumatına görə, tədbirdə FİFA nümayəndələri Oliver Voqt, Stüart Larman, Stefan Baker və Markus Keller iştirak edir. Treninqlər bu gün AFFA Futbol Mərkəzindəki «Dalğa Arena»da start götürüb.

AFFA-nın baş katibi, FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan – 2012-nin Yerli Təşkilat Komitəsinin sədri Elxan Məmmədov çıxış edərək dünya çempionatına hazırlıqla bağlı məlumat verib, turnirin yüksək səviyyədə təşkil olunacağına əminliyini bildirib və treninq iştirakçılarına uğurlar arzulayıb.

Sonra nəzəri və praktiki məşğələlər keçirilib. Treninqlərdə əsasən ot örtüyünün yüksək səviyyədə saxlanması barədə ətraflı məlumatlar veriləcək.  

Qeyd edək ki, treninqlər oktyabrın 7-də başa çatacaq.

Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq