Bakıda dünya çempionu bıçaqlandı

XƏBƏR 4 Oktyabr 2011 / 14:44 1942
-  A +

Oktyabrın 3-də Biləcəri qəsəbəsi R. İsmayılov küçəsində qəsəbə sakini Elnur Mehtiyev şəxsi münasibətlər zəminində Abşeron rayon sakini Bəhruz Çıraqova çoxsaylı bıçaq xəsarəti yetirib və zərərçəkmiş xəstəxanaya yerləşdirilib.

Qol.Az-ın Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, Binəqədi RPİ 6-cı PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində E.Mehtiyev yaxalanıb.

Binəqədi polisindən verilən məlumata görə, hər iki şəxs əlbəyaxa döyüş üzrə tanımış idmançılardır. Belə ki, B.Çıraqov “Məhəmməd Əli” idman klubunun baş məşqçisi, əlbəyaxa döyüş üzrə dünya çempionudur. Hadisəyə səbəb isə söyüş olub. B.Çıraqova 20-yə yaxın bıçaq xəsarəti yetirilsə də, həyatı üçün təhlükə yoxdur.

Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq