Bakıda keçirilən boks üzrə dünya çempionatı davam edir. Qol.Az-ın məlumatına görə, bu gün 1/8 final mərhələsində 6 boksçumuz rinqə çıxıb.
49 kq çəki dərəcəsində mübarizə aparan Salman Əlizadənin rəqibi tailandlı Kaeo Pongprayun olub. Boksçumuz bu dəfə də qələbə qazanacağ halda, London olimpiadasına vəsiqəni özü üçün təmin etmiş olacaqdı. Ancaq təssüf ki, boksçumuz bunun öhdəsindən gələ bilməyib və mübarizəni dayandırıb.
52 kq-da mübarizə aparan Elvin Məmişzadə üçüncü cəhdində monqolustanlı Tuqstsoqt Nyambayarla qarşılaşıb. Rəqibini 17:15 hesabı ilə məğlub edən Məmişzadə London Olimpiadaya 20-ci lisenziyanı qazanıb.
64 kq-da ölkəmizi təmsil edən Heybətulla Hacəliyevin 1/8 finalda rəqibi özbəkistanlı Sanjorbek Rəhmonov olub. Boksçumuz bu döyüşdən də qalib kimi ayrılaraq, London olimpiadasına lisenziya qazanıb.
Mübarizəyə 1/16 final mərhələsindən başlayan Ramil Əliyev ikinci görüşündə ukraynalı Aleksandr Qvozdiklə münasibətlərinə aydınlıq gətirib. Ancaq Salman Əlizadə kimi, Əliyev də mübarizəni erkən dayandırıb. Lakin hər iki boksçumuzun da London-2012-yə lisenziya şansı davam edir. Bunun üçün onları məğlubiyyətə uğradan boksçuların finala qədər irəliləməsi lazımdır.
Çempionata inamlı qələbə ilə başlayan Teymur Məmmədov ikinci görüşündə Yozef Darmosla qarşılaşıb və inamlı qələbə qazanıb. Teymur 1/4 finalda Stjefan Vuqdelija (Xorvatiya) – Xose Larduet (Kuba) cütünün qalibi ilə mübarizə aparacaq.
Məhəmmədrəsul Məcidovun dünya çempionatının 1/16 final mərhələsində rəqibi isə kolumbiyalı İsaia Mena Parra olub. Rəqibini ilk hissədə rinqin küncünə sıxan boksçumuz fasiləyə 7:2 hesabı ilə öndə yollanıb. O, növbəti raundda da kolumbiyalı həmkarına gücünü göstərib və dəqiq zərbələrinin sayını 11-ə çatdırıb.
Döyüşün gedişində Parranı ikinci dəfə nokdauna salan Məcidov bu dəfə də vaxtından əvvəl qələbə qazanıb. Təmsilçimiz 1/4 finalda Erislandi Sabo (Kuba) ilə döyüşəcək. Bu, 1/4 finala vəsiqə qazanan 4-cü boksçumuz olub.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi