Premyer Liqanın geridə qalan 8 turu ərzində 47 qarşılaşma keçirilib. Yalnız I turun “Neftçi” – “Qarabağ” qarşılaşması təxirə salınıb.
Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, sentyabr ayı ərzində baş tutan 25 qarşılaşmada stadionlara 81070 azarkeş gəlib.
Ötən ay olduğu kimi sentyabr ayında da ən çox azarkeş Gəncə şəhər stadionunda qeydə alınıb. Premyer Liqanın V turunda yerli “Kəpəz”in doğma meydanda AZAL-ı 3:1 hesabı ilə məğlub etdiyi qarşılaşmanı 15000 azarkeş izləyib. Ən az azarkeş isə V turun “Bakı”-“Rəvan”, VI turun “Rəvan”-“Sumqayıt Şəhər” və VIII turun “Qarabağ”-“Turan” qarşılaşmalarında qeydə alınıb – 300 nəfər.
Azarkeşlərinin çoxluğuyla yenə əyalət klubları öyünə bilər. Belə ki, sentyabrda “Xəzər Lənkəran”ın ev oyunlarını 25 000, “Kəpəz”in ev oyunlarını isə 20 000 azarkeş stadiondan canlı izləyib. Sentyabr ayı ərzində bütün paytaxt təmsilçilərinin oyunlarına isə cəmi 12720 azarkeş gəlib.
Azarkeşlərin daha çox marağına səbəb olan oyunlar isə cari mövsümün V turuna təsadüf edib – 36950 nəfər. VI turda 11300, VII turda 15900, VIII turda isə 14920 azarkeş oyunları stadiondan izləyib. Sentyabrda orta hesabla hər oyunu 3242 nəfər canlı izləyib.
Qeyd edək ki, avqust ayı üçün müvafiq göstərici 3581 nəfər olmuşdur. Ümumilikdə, Unibank Premyer Liqasının ötən 8 turunun oyunlarını 159870 azarkeş stadionlardan canlı izləyib.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi