Berti Foqts yenə mətbuatdan qaçır

Berti Foqts yenə mətbuatdan qaçır
XƏBƏR 3 Oktyabr 2011 / 16:05 1628
-  A +

Milli komandamızın baş məşqçisi Berti Foqtsun Avro-2012-nin seçmə mərhələsinin Avstriya ilə oyunu öncəsi təşkil edəcəyi mətbuat konfransının vaxtı hələlik bilinmir.

Bu barədə Qol.Az saytına açıqlamasında AFFA-nın mətbuat xidmətinin rəhbəri Mikayıl Nərimanoğlu məlumat verib. Onun sözlərinə görə, mətbuat konfransı açıq məşqlə eyni gündə olmayacaq:

“Bu barədə hələlik məlumat verə bilmərəm. Təkcə onu deyə bilərəm ki, Foqtsun jurnalistlərlə görüşü açıq məşqlə eyni gündə olmayacaq”.

Qeyd edək ki, bundan əvvəlki oyunlarda mətbuat konfransı açıq məşqlə eyni gündə olurdu. Ancaq AFFA rəhbərliyi bu dəfə dəyişiklik etmək qərarına gəlib.

Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq