“Almaniya və Azərbaycanla görüşlərdə 4 xal qazanmalıyıq”

“Almaniya və Azərbaycanla görüşlərdə 4 xal qazanmalıyıq”
XƏBƏR 3 Oktyabr 2011 / 15:40 1622
-  A +

“Belçika qrup ikincisi olmaq üçün qarşıdakı hər iki oyununu qələbə ilə başa vurmalıdır. Biz isə Almaniya və Azərbaycanla görüşlərdə 4 xal qazanmalıyıq”.

Qol.Az-ın məlumatına görə, bu sözləri Türkiyə millisinin üzvü Gökhan Gönül deyib. “Ay-ulduzlular” Avro 2012-nin seçmə mərhələsində oktyabrın 7-də Almaniya millisi ilə qarşılaşacaq. “Fənərbaxça”nın şərəfini qoruyan təcrübəli müdafiəçi Bundestimlə oyunun çətin keçəcəyini, ancaq qələbə qazanmağın da mümkün olduğunu bildirib:

“Almaniyanın gücünə bələdik. Geridə qalan oyunların heç birində məğlub olmayıblar. Rəqib Türkiyəyə tam heyətlə gəlib. İki komanda arasında baş tutan oyunlar hər zaman prestijli olub. Çətin olacağını bilirik. Amma imkansız deyil”.

Qeyd edək ki, Türkiyə millisi Avro-2012-nin seçmə mərhələsində oktyabrın 7-də Almaniya seçməsini, 4 gün sonra isə yığma komandamızı qəbul edəcək.

Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq