Quus Hiddink: “Almaniya ilə eyni səviyyədə deyilik”

Quus Hiddink: “Almaniya ilə eyni səviyyədə deyilik”
XƏBƏR 3 Oktyabr 2011 / 14:50 1315
-  A +

“Almaniya millisi uzun müddətdi ki, uduzmur. 8 oyunun hamısında qalib gəlib. Oturuşmuş heyətləri var”.

Qol.Az-ın məlumatına görə, bu sözləri Avro-2012-nin seçmə mərhələsinin Almaniya ilə oyunu öncəsi təşkil olunmuş mətbuat konfransında Türkiyə yığmasının baş məşqçisi Quus Hiddink deyib. Holland mütəxəssis rəqibin kifayət qədər güclü olduğunu söyləsə də, istənilən komandaya qarşı sürpriz edə biləcəklərini də istisna etməyib:

“Beynəlxalq arenada uğur qazanmaq üçün yalnız yaxşı oyunçuların olması bəs eləmir. Komandada həm də yaradıcı oyunçular olmalıdır. Almaniya yığmasında belə oyunçular çoxdur. Biz onların səviyyəsində deyilik. Ancaq istənilən rəqibə qarşı sürpriz etməyə qadirik”.

Bundestimin yaxşı fəlsəfə əsasında qurulduğunu söyləyən Hiddink rəqibdə zəif cəhətlərin az olduğunu bildirib: “Almanların da zəif tərəfləri var. Amma nəticə etibarilə bu komanda yaxşı fəlsəfə əsasında qurulub. Almaniya millisində zəif cəhətlər çox azdır. Bunları tapmaq bizim üçün çox çətin olacaq. Amma biz öz potensialımızı da gözardına vurmamalıyıq”.

Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq