"Arsenal" və Fransa millisinə ciddi itki

"Arsenal" və Fransa millisinə ciddi itki
XƏBƏR 3 Oktyabr 2011 / 14:03 1600
-  A +

İngiltərənin "Arsenal" klubu "Tottenhem"lə oyundan sonra ciddi itki ilə üzləşib.

Qol.Az-ın məlumatına görə, komandanın fransalı müdafiəçisi Bakari Sanya London derbisində zədələnərək sıradan çıxıb.

31 yaşlı futbolçunun təxminən 3 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilir. Zədə səbəbi ilə Sanya AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində Fransa millisinin heyətindən də çıxarılıb.

Qeyd edək ki, Fransa millisi seçmə mərhələnin növbəti görüşləri çərçivəsində oktyabrın 7-də Albaniya, 4 gün sonra isə Bosniya - Herseqovina ilə qarşılaşacaq.  


Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq