Türkiyə millisində daha bir itki

Türkiyə millisində daha bir itki
XƏBƏR 3 Oktyabr 2011 / 13:39 1547
-  A +

Avro-2012-nin seçmə mərhələsində oktyabrın 11-də İstanbulda millimizlə qarşılaşacaq Türkiyə yığması daha bir itki ilə üzləşib.

Qol.Az-ın məlumatına görə, “Trabzonspor”un qapıçısı Tolqa Zəngin də dizindəki zədə ucbatından komandanın heyətindən kənarlaşdırılıb.

Dünən Superliqada “Əskişəhərspor”la görüşdən sonra tibbi müayinədən keçən 28 yaşlı qolkiperin seçmə görüşlərdə oynamağına həkimlər icazə verməyiblər.

Türkiyə millisinin baş məşqçisi Quus Hiddink Zənginin əvəzinə “Mərsin dman Yurdu”nun qapıçısı Hakan Arıkanı əsas heyətə daxil edib.

Son xəbərlər