Türkiyə mətbuatı: «Kocaeli şounu davam etdirir»

XƏBƏR 21 Mart 2009 / 18:38 2720
-  A +

Türkiyənin nüfuzlu qəzetləri Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqovun çıxış etdiyi «Kocaelispor» klubunun bu gün «Ankaraspor» üzərindəki qələbəsinə yüksək qiymət verib. Mətbuat superliqada qalmaq uğrunda mübarizə aparan «Kocaelispor»un son beş oyunda məğlubiyyətin nə olduğunu bilmədiyini xatırladıb. «Hürriyyət» qəzeti Rəşadın komandasının bugünkü qələbəsinə həsr etdiyi yazıya «Kocaelispor» möcüzəyə gedir», «Sabah» qəzeti «Kocaeli şounu davam etdirir», "Fanatik" isə "Kocaelispor"un inadı inad" başlığını qoyub.
Xatırladaq ki, turnir cədvəlinin 17-ci pilləsində qərarlaşan «Kocaelispor»un 23 xalı var. «Ankaragücü» isə 24 xalla 16-cı pillədə qərarlaşıb.

Son xəbərlər