Bu gün Bakıda keçirilən boks üzrə dünya çempionatında 1/16 final mərhələsinin növbəti görüşləri keçirilib. Qol.Az-ın məlumatına görə, bu mərhələdə milli komandamızın daha 3 üzvü rinqə çıxıb.
Mübarizəyə əvvəlcə 49 kq-da döyüşən Salman Əlizadə qoşulub. Onun rəqibi mərakeşli Abdeali Daraa olub. Rəqibini 16:12 hesabı ilə məğlub edən Əlizadə 1/8 finalda iştirak hüququ qazanıb. Həmyerlimiz növbəti mərhələdə sabah Kaeo Pongprayunla (Tailand) qarşılaşacaq.
Daha sonra 60 kq çəki dərəcəsində mübarizə aparan Elvin İsayev rinqə çıxıb. İsayev bu mərhələdə tacikistanlı Madadi Nağzimbekov ilə görüşüb. Lakin təəssüf ki, döyüş boksçumuz üçün uğursuz olub. Rəqibinə 15:23 hesabı ilə uduzan İsayev dünya çempionatı ilə vidalaşıb. Qeyd edək ki, bu DÇ-da mübarizəni dayandıran 3-cü boksçumuz olub.
91 kq-da ölkəmizi təmsil edən Teymur Məmmədov da mundialda debüt edib. Onun bu mərhələdəki rəqibi isə Emmanuel Anderson (Barbados) olub. Rəqibini 23:5 hesabı ilə məğlub edən boksçumuz növbəti mərhələyə vəsiqə qazanıb.
Qeyd edək ki, London olimpiadasına lisenziya xarakterli mundiala 9 boksçu ilə qatılan millimizin daha 4 üzvü – Elvin Məmişzadə (52 kq), Heybətulla Hacəliyev (64 kq), Ramil Əliyev (81 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) sabah 1/8 final görüşlərinə çıxacaq.
Boksçularımızdan Rəhim Nəcəfov (56 kq) və Emil Əhmədov (69 kq) çempionatda çıxışlarını dayandırıblar.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi