"Nəticənin ədalətli olduğunu düşünürəm"

XƏBƏR 3 Oktyabr 2011 / 00:12 1364
-  A +

17 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin Bakıda təşkil olunmuş IX qrupunda ötən gün keçirilmiş Azərbaycan - İspaniya oyunundan sonra hər iki komandanın baş məşqçisi mətbuat konfransı keçirib.

Qol.Az-ın məlumatına görə, rəqibinə 0:7 hesabı ilə məğlub olan millimizin baş məşqçisi Sissi Rayt oyun haqda belə danışıb:

"İkiqat Avropa çempionuna qarşı oynadıq. Rəqibə müəyyən məqamlarda çətinliklər yaratmaq üçün futbolçulara verdiyim tapşırığı yerinə yetirə bildilər. Nəticənin ədalətli olduğunu düşünürəm".


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner