Bu gün Bakıda davam edən boks üzrə dünya çempionatının 1/16 final mərhələsinin görüşlərinə start verilib. Qol.Az-ın məlumatına görə, bu mərhələdə daha 4 idmançımız rinqə çıxıb.
52 kq çəki dərəcəsində mübarizə aparan və ilk döyüşündə Julio Briaya (İndoneziya) qalib gələn Elvin Məmişzadə 1/16 finalda ispaniyalı Fransisko Torijosla qarşılaşıb.
Rəqibini 21:15 hesabı məğlub edən boksçumuz növbəti mərhələyə adlayıb. Onun 1/8 finalda rəqibi monqolustanlı Tuqstsoqt Nyambayar olacaq. Bu döyüş oktyabrın 4-də keçiriləcək.
64 kq-da ölkəmizi təmsil edən Heybətulla Hacəliyevin bu mərhələdəki rəqibi isə gürcüstanlı boksçu Koba Pxakadze olacaq. Rəqibini 18:15 hesabı ilə məğlub edən Heybətulla 1/8 finalda iştirak hüququ qazandırıb.
Boksçumuz növbəti görüşünü oktyabrın 4-də özbəkistanlı Sanjorbek Rəhmonova qarşı keçirəcək.
81 kq çəki dərəcəsində mübarizə aparan Ramil Əliyev isə ilk döyüşünə çıxıb. O, Türkmənistan boksçusu Rəsul Yuldaşevlə qarşılaşıb. Rəqibinə yekunda 23:6 hesabı ilə qalib gələn Ramil 1/8 finala vəsiqə qazanıb. Əliyev bu mərhələdə ukraynalı Aleksandr Qvozdiklə (4 oktyabr) qarşılaşacaq.
Çəkisi 91 kqdan çox olan boksçuların yarışında isə Məhəmmədrəsul Məcidov medal və lisenziya uğrunda rinqə çıxıb. Boksçumuzun 1/16 mərhələsindəki rəqibi isə özbəkistanlı Sərdor Abdullayev olub.
Gərgin keçən döyüşün birinci raundunda 8:7 hesabı ilə qalib gələn Məcidov ikinci hissədə rəqibini 3-cü dəfə nokdauna salıb və texniki qələbə qazanıb.
Boksçumuz 1/8 finalda kolumbiyalı İsaia Mena Parra ilə döyüşəcək. Bu qarşılaşma da oktyabrın 4-də olacaq.
Qeyd edək ki, dünya çempionatına 9 idmançı ilə qatılan millimizin heyəttin iki boksçu – Rəhim Nəcəfov (56 kq) və Emil Əhmədov (69 kq) artıq mübarizəni dayandırıblar.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi