"İlk hissədə yaxşı oynamasaq da, fasilədən sonra təşəbbüsü ələ aldıq. Ancaq təəssüf ki, bizə lazım olan qolu vura bilmədik. Artıq bu oyun geridə qaldı. Bundan sonrakı oyun haqda düşünməliyik".
Bu sözləri Qol.Az-ın müxbiri ilə söhbətində "İnter"lə oyundan sonra "Xəzər Lənkəran" klubunun müdafiəçisi Elnur Allahverdiyev deyib.
Təcrübəli müdafiəçi oyunla bağlı daha sonra belə danışıb: "İnter"lə oyunda Elvin Beqiri zədəli olduğu üçün müdafiənin mərkəzində oynadım. Baş məşqçi belə məsləhət gördü, mən də çıxdım və mübarizə apardım. Məncə pis alınmadı.
Təbii ki, Premyer Liqada əsas rəqibimiz yenə də "Neftçi"dir. Lakin "Qarabağ" və "Qəbələ"ni də yaddan çıxarmaq olmaz. Bu komandalar da çempionluğa oynayırlar".
Allahverdiyev sonda millinin AÇ-2012-nin seçmə mərhələsində Avstriya və Türkiyə ilə keçirəcəyi oyunlara da toxunub: "Avstriya və Türkiyə ilə oyunlara yalnız qələbə üçün çıxacağıq. Seçmə mərhələni yüksək əhval-ruhiyyədə bitirmək istəyirik. Lakin Mahir Şükürovun yoxluğu komandanın oyununa təsir edəcək".
16 il sonra yenidən...
Ronaldonun komanda yoldaşı klubdan getdi
“Şamaxı” Qətər klubu ilə qarşılaşacaq
FİFA mundialın final topunu təqdim etdi - Şəkil
Portuqaliya - İspaniya: Heyətlər
"Neftçi" Serbiya klubuna uduzdu
Lukaku Türkiyə klubuna keçə bilər
PSJ-nin qapıçısı Portuqaliya klubuna keçdi
"Qərar hansı əsasla ləğv edildi?" - Tomas Tuxel
"Milan"ın oyunçusu sıradan çıxdı
Millinin baş məşqçisindən rəqib oyunçuya qeyri-etik ifadə
"Sumqayıt"ın rəqibləri bilindi
"Üzərimizdə böyük məsuliyyət var" - Valdas Dambrauskas
Arne Slot Niderland millisinin baş məşqçisi ola bilər
Musiala əməliyyat olundu
Felipe Luisin təyinatı açıqlandı - Rəsmi
15 gün əvvəl müqaviləni yenilədiyi "Qəbələ"dən ayrıldı
“Zirə”nin rəqibindən transfer
“Kamilo Duranın transfer danışıqlarında irəliləyiş var”