Vladislav Qədirov: "Oyunda dönüş yarada bildik"

XƏBƏR 30 Sentyabr 2011 / 18:25 1469
-  A +

Premyer Liqanın VIII turunda səfərdə “Qəbələ” klubu ilə qarşılaşan “Rəvan” rəqibinə 3:2 hesabı ilə qalib gəlib.

Qol.Az-ın məlumatına görə, "Rəvan" klubunun baş məşqçisi Vladislav Qədirov oyundan sonra keçirilən mətbuat konfransında bunları deyib:

“Maraqlı oyun alındı. Hesabda geri düşməyimizə baxmayaraq, oyunda dönüş yarada bildik.

Hər iki hissədə qol vurduq. Qalib gəlmək istəyirdik, komanda yalnız qələbəyə köklənmişdi. Futbolçularıma təşəkkürümü bildirirəm”.

 


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner