Azərbaycan milli komandasının Avro-2012-in seçmə mərhələsində son 2 rəsmi oyunu üçün heyəti açıqlanıb. Qol.Az-ın məlumatına görə, baş məşqçi Berti Foqts oktyabrın 7-də Avstriya ilə ev, 4 gün sonra Türkiyə ilə səfər görüşünə 25 futbolçu çağırıb. Bununla əlaqədar oktyabrın 1-dən 7-dək Bakıda, 8-dən 12-dək İstanbulda təlim-məşq toplanışı keçiriləcək.
Foqtsun siyahısında yer alan futbolçulardan AZAL-ın kapitanı Aqil Nəbiyev hələ Qazaxıstanla görüşdə zədələndikdən sonra oynamır. Rauf Əliyev isə “Xəzər Lənkəran”la görüşdə zədələndikdən sonra bir müddətə sıradan çıxıb. Əvəzində “İnter”in kapitanı Vladimir Levin zədəsini sağaldaraq, xeyli fasilədən sonra milliyə qayıdıb. Foqtsun siyahısında hücumçuların çoxluğu diqqət çəkir. Yəni, millimizdə ən azı son 1 ildə bu qədər - 6 hücumçu yer almamışdı.
Qapıçılar - Kamran Ağayev (“Xəzər Lənkəran”), Andrey Popoviç (“Sumqayıt Şəhər”), Aqil Məmmədov (“Bakı”)
Müdafiəçilər - Rəşad Sadıqov (“Qarabağ”), Vladimir Levin (“İnter”), Saşa Yunisoğlu, Vurğun Hüseynov (hər ikisi “Qəbələ”), Aqil Nəbiyev (AZAL) Rail Məlikov, Ruslan Əmircanov (hər ikisi “Neftçi”), Elnur Allahverdiyev (“Xəzər Lənkəran”)
Yarımmüdafiəçilər - Ruslan Abışov (“Neftçi”), Aleksandr Çertoqanov, Mahir Şükürov (hər ikisi “Qəbələ”), Rəşad Sadiqov, Namiq Yusifov, Əfran İsmayılov (hamısı “Qarabağ”), Rahid Əmirquliyev (“Xəzər Lənkəran”), Ufuk Budak (“Frayburq”, Almaniya)
Hücumçular - Branimir Subaşiç (“Xəzər Lənkəran”) Rauf Əliyev, Vüqar Nadirov (hər ikisi “Qarabağ”), Murad Hüseynov (“Qəbələ”), Elşən Məmmədov (AZAL), Vaqif Cavadov (“Volqa”, Rusiya)
Qeyd edək ki, millimizin ölkədən kənarda çıxış edən oyunçularından Cavadov oktyabrın 2-də, Ufuk Budak isə oktyabrın 3-də millinin heyətinə qoşulacaq.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi