Hiddink millimizlə oyuna 28 futbolçu çağırdı
Avro-2012-nin seçmə mərhələsində oktyabrın 7-də Almaniya, 11-da isə millimizlə qarşılaşacaq Türkiyə seçməsinin ilkin heyəti açıqlanıb.
Qol.Az-ın məlumatına görə, Qus Hiddink vacib oyunlar öncəsi təşkil olunacaq təlim-məşq toplanışı üçün 28 futbolçuya dəvət göndərib:
Qapıçılar: Volkan Dəmirəl (“Fənərbaxça”), Sinan Bolat (“Standart”, Belçika), Tolqa Zəngin (“Trabzonspor”)
Müdafiəçilər: Gökhan Gönül (“Fənərbaxça”), Sabri Sarıoğlu (“Qalatasaray”), Sərkan Balcı (“Tranzonspor”), Gökhan Zan (“Qalatasaray”), Sərvət Çətin (“Qalatasaray”), Egemen Qorxmaz
(“Beşiktaş”), Rəmzi Giray Kaçar (“Trabzonspor”), Ömər Toprak (“Bayer”, Almaniya), Hakan Kadir Balta (“Qalatasaray”), İsmail Köybaşı (“Beşiktaş”)
Yarımmüdafiəçilər: Həmit Altıntop (“Real”, İspaniya), Mehmet Ekici (“Verder”, Almaniya), Tunay Torun (“Herta”, Almaniya), Səlçuk İnan (“Qalatasaray”), Səlçuk Şahin, Əmrə Bəlözoğlu (hər ikisi “Fənərbaxça”), Mehmet Topal (“Valensiya”, İspaniya), Yekta Kurtuluş (“Qalatasaray”), Mehmet Aurelio (“Beşiktaş”), Arda Turan (“Atletiko”, İspaniya), Gökhan Törə (“Hamburq”, Almaniya)
Hücumçular: Burak Yılmaz (“Trabzonspor”), Mövlut Erdinc (PSJ, Fransa), Kazım Kazım (“Qalatasaray”), Ümit Bulut (“Tuluza”, Fransa)
Hazırlıq prosesindən sonra holland mütəxəssis rəsmi oyunlar üçün heyətdə 22 futbolçu saxlayacaq. Türkiyə yığması oktyabrın 3-də toplaşacaq.
Qeyd edək ki, Türkiyə və Azərbaycan milliləri arasında oyun oktyabrın 1-də “Türk Telekom Arena”da keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.