Azərbaycanda qanunsuz lotereyaların və idman mərc oyunlarının hüququ olmayan şəxs tərəfindən təşkilinə görə cərimələrin məbləği təyin olunub. Bununla bağlı, parlamentin bu gün keçirilən iclasında bununla bağlı İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə dəyişiklik edilib.
İnzibati Xətalar Məcəlləsinə edilmiş dəyişikliklərə görə, qanunsuz lotereyaların və idman mərc oyunlarının (stimullaşdırıcı lotereyalar istisna olmaqla) hüququ olmayan şəxs tərəfindən təşkilinə görə, təşkilatçı şəxs 1500 manatdan 2000 manatadək cərimə ödəyəcək.
Eyni zamanda, dəyişikliklərə görə, qumar oyununda iştiraka görə cərimənin məbləği də artırılıb. Qumar oyununda iştirak edənlər oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və digər əmlak müsadirə edilməklə 400 manatdan 600 manatadək cərimə olunacaqlar. Bu dəyişiklik qanunla müəyyən edilmiş qaydada keçirilən lotereyalara və idman mərc oyunlarına şamil olunmur.
Bu dəyişikliklərlə əlaqədar olaraq cinayət məcəlləsinə də əlavə və dəyişikliklər olunub. Qanunsuz olaraq lotereya və idman mərc oyunlarının keçirilməsinə görə bu əməllər təkrar törədildikdə, külli miqdarda ziyan vurduqda, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədildikdə vurulmuş ziyanın üç misli miqdarında cərimə və ya bir ildən beş ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Qumarxana üçün yer təşkil edən və həmin yeri saxlayanlar 2 ilədək müddətə islah işləri və ya üç ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq. Eyni əməllər təkrar və ya qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə tərəfindən törədildikdə 3 ildən 6 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Mənbə: Lent.az
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi