Adebayor: “Arsenal”a qol vursam, sevinməyəcəyəm”

Adebayor: “Arsenal”a qol vursam, sevinməyəcəyəm”
XƏBƏR 30 Sentyabr 2011 / 16:10 1522
-  A +

İngiltərə Premyer Liqasının növbəti turunda “Arsenal”la qarşılaşacaq “Tottenhem” klubunun toqolu hücumçusu Emanuel Adebayor ölkə mətbuatına maraqlı açıqlamalar verib.

Qol.Az-ın məlumatına görə, təcrübəli futbolçu sözügedən oyunda London klubunun qapısına yol taparsa, bunu qeyd etməyəcəyini bildirib.

Xatırladaq ki, Adebayor məhz “topçular”ın heyətində məşhurlaşıb. Bu komanda forvarda doğma olduğundan, Adebayor rəqibin qapısına qol vuracağı halda sevinməyəcəyini söyləyib:

“Arsenal”la oyunu səbirsizliklə gözləyirəm. Ümid edirəm ki, həmin görüşdə qol vura biləcəm. Ancaq qolu qeyd etmiyəcəm və buna görə qeyri-adi şou göstərməyəcəyəm”.

Son xəbərlər
28.06.25  14:51

"Milan"dan getdilər

28.06.25  13:59

"Yuventus"da ciddi itki