Millimizin rəqibində növbəti ciddi itki

Millimizin rəqibində növbəti ciddi itki
XƏBƏR 30 Sentyabr 2011 / 14:35 1748
-  A +

Avro-2012-nin seçmə mərhələsində oktyabrın 7-də Almaniya, 11-də isə millimizlə qarşılaşacaq Türkiyə seçməsi növbəti bir itki ilə üzləşib.

Qol.Az-ın məlumatına görə, “ay-ulduzlular”ın aparıcı yarımmüdafiəçisi Səlçuk İnanın da sözügedən görüşlərdə meydana çıxa bilməyəcəyi dəqiqləşib.

“Qalatasaray”ın şərəfini qoruyan 26 yaşlı futbolçu zədə səbəbindən Türkiyə millisinin Almaniya və Azərbaycan yığmaları ilə vacib oyunlar öncəsi təlim-məşq toplanışına dəvət olunmayacaq.

Qeyd edək ki, Səlçuk Bakıda millimizin qələbəsi ilə başa ilk oyunda
türklərin heyətində yer almışdı.

Son xəbərlər
28.06.25  14:51

"Milan"dan getdilər

28.06.25  13:59

"Yuventus"da ciddi itki