“Real” almaniyalı ulduzunu satır

“Real” almaniyalı ulduzunu satır
XƏBƏR 30 Sentyabr 2011 / 12:43 2283
-  A +

“Real”ın almaniyalı yarımmüdafiəçisi Sami Xedira qışda komandadan ayrıla bilər. Qol.Az-ın məlumatına görə, buna “kral klubu”nun baş məşqçisi Joze Mourinyonun futbolçunu heyətdə görmək istəməməsi səbəb olub.

Hazırda komandada bu mövqedə çıxış edən kifayət qədər oyunçu olduğundan, portuqaliyalı mütəxəssis Xediraya ehtiyac duymur. Məhz buna görə də rəhbərlik almaniyalı futbolçu qışda transferə çıxarmağı planlaşdırır.

Qeyd edək ki, Xediranın xidmətində alman və ingilis klubları daha çox maraqlıdırlar.

Son xəbərlər
30.12.25  16:04

Pedri hazırdır