"Mən Avstriya milli komandasının baş məşqçi postunu dərhal tərk etməyə hazıram. Çünki, əslində bu komandanın idman direktoruyam".
Qol.Az-ın məlumatına görə, bu sözləri AÇ-2012-nin seçmə mərhələsində millimizin rəqibi olan Avstriya yığmasında baş məşqçi Didi Konstantinini müvəqqəti olaraq əvəzləyən Villi Ruttenşteyner deyib.
O, qarşıdakı oyunlardan sonra məmnuniyyətlə öz postunu tərk edəcəyini bildirib: "Azərbaycan və Qazaxıstanla oyunlara komandanı mən çıxaracağam. Ancaq bu iki oyundan sonra baş məşqçi postundan gedəcəyəm.
Çünki bu, mənim işim deyil. Mən Avstriya millisində idman direktoru vəzifəsini həyata keçirirəm. Bununla belə, həmin oyunlarda ən azından məşqçilər skamyasında oturmalıyam.
Kim bilir, bəlkə həmin vaxta kimi baş məşqçi məsələsi həll edildi, yaxud bunun əksi oldu? Ancaq mənim gələcəkdə yığmanın baş məşqçisi olmaq ambisiyam yoxdur".
Qeyd edək ki, AÇ-2012-nin seçmə mərhələsindən sonra Avstriya millisinə hazırda "Şturm"ı çalışdıran Franko Fodanın gətiriləcəyi bildirilir.
16 il sonra yenidən...
Ronaldonun komanda yoldaşı klubdan getdi
“Şamaxı” Qətər klubu ilə qarşılaşacaq
FİFA mundialın final topunu təqdim etdi - Şəkil
Portuqaliya - İspaniya: Heyətlər
"Neftçi" Serbiya klubuna uduzdu
Lukaku Türkiyə klubuna keçə bilər
PSJ-nin qapıçısı Portuqaliya klubuna keçdi
"Qərar hansı əsasla ləğv edildi?" - Tomas Tuxel
"Milan"ın oyunçusu sıradan çıxdı
Millinin baş məşqçisindən rəqib oyunçuya qeyri-etik ifadə
"Sumqayıt"ın rəqibləri bilindi
"Üzərimizdə böyük məsuliyyət var" - Valdas Dambrauskas
Arne Slot Niderland millisinin baş məşqçisi ola bilər
Musiala əməliyyat olundu
Felipe Luisin təyinatı açıqlandı - Rəsmi
15 gün əvvəl müqaviləni yenilədiyi "Qəbələ"dən ayrıldı