Hiddink Moksvaya millimizlə oyundan 5 gün əvvəl gələcək

XƏBƏR 21 Mart 2009 / 12:40 2414
-  A +

Hazırda “Çelsi”nin düşərgəsində olan Rusiya milli komandasının baş məşqçisi Qus Hiddink Rusiyaya martın 23-də qayıdacaq. Qol.Az-ın “Sport-Ekspress”ə istinadən verdiyi məlumata görə, hollandiyalı mütəxəssis martın 23-də günorta saatların London-Moskva reysiylə Rusiya paytaxtına gələcək. Hiddinkin həmin gün Rusiya çempionatı çərçivəsində keçiriləcək “ÇSKA” - “Tom” qarşılaşmasını da canlı olaraq stadiondan izləməsi nəzərdə tutulub. Xatırladaq ki, Hiddinkin başçılıq etdiyi Rusiya millisi millimizlə oyunun hazırlıq prosesinə martın 24-də start verəcək. 


Son xəbərlər