Azərbaycan Çempionatı və Kuboku çərçivəsində "İnter" və "Xəzər-Lənkəran" bir-birilə 24 dəfə qarşılaşıblar.
Qol.Az-ın “inter” klubunun rəsmi saytına istinadən yaydığı məlumata görə, növbəti oyun rəqiblər üçün sayca 25-ci olacaq.
24 görüşün 12-si heç-heçəylə nəticələnib, 5 oyunda "İnter" qalib gəlib, 7 dəfə isə "Xəzər-Lənkəran" meydandan üstün ayrılıb (qeyd edək ki, bir qarşılaşmada lənkəranlılar rəqibi ancaq oyuna əlavə edilmiş vaxtda məğlub ediblər, keçən mövsümün Azərbaycan
Kubokunun finalında isə "Xəzər Lənkəran" "İnter"i ancaq oyunsonrası penalti zərbələrində üstələyib).
24 qarşılaşmada "İnter" rəqibin qapısına 23 dəfə yol tapıb. Cənublular isə iki top artıq - 25 qol vurub. "İnter"-"Xəzər-Lənkəran" oyunlarının ən populyar hesabı 1:1-dir. Bu nəticə 24 görüşün 6-da qeydə alınıb.
11 ev oyununda paytaxt klubu "Xəzər-Lənkəran"a 2 dəfə məğlub olub, 5 görüşdə qalib müəyyənləşməyib, 4 qarşılaşmada isə "İnter" qələbə qazanmağı bacarıb.
"İnter" və "Xəzər-Lənkəran" arasında ilk oyun 2004-cü ildə baş tutub. Həmin görüşdə Bakı klubu rəqibə qalib gəlib. Qeyd edək ki, bu qarşılaşmada ilk qolun müəllifi “İnter”in belorussiyalı legionerı Vladimir Makovski olub.
Əlavə edək ki, rəqiblər heç vaxt bir-birini 2 topdan artıq üstünlüklə məğlub edə bilməyiblər. Bu komponentdə hər iki komanda öz aktivinə səfərdə qazanılan 2 top fərqli qələbələriylə yaza bilib. Belə ki, 2008/09 mövsümündə “İnter” səfərdə lənkəranlılara aman verməyib və 4:2 hesablı gözəl qələbə qazanıb. Ötən mövsümdə isə "Xəzər Lənkəran" "İnter"i "Şəfa" stadionunda 3:1 hesabıyla məğlub etməyi bacarıb.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi