“İnter”in gənc yarımmüdafiəçisi Asif Mirili klubun rəsmi saytına müsahibə verib. Qol.Az-ın məlumatına görə, gənc futbolçu “Xəzər-Lənkəran”la keçiriləcək qarşılaşma və çoxdan gözlənilən gənclərdən ibarət milli komandaya dəvət alması haqda danışıb:
- Asif, sənin bu yaxınlarda zədə aldığını bilirik. Məhz bu səbəbə görə bir neçə oyun buraxmalı oldun. İndi vəziyyət necədir?
- Bəli, “Simurq”la oyundakı matçda zədə aldım və meydanı tərk etməli oldum. Amma Allaha şükür, zədəm ciddi olmadı və tezliklə məşqlərə başladım. İndi özümü yaxşı hiss edirəm. Deyə bilərəm ki, meydana çıxmağa hazıram.
- “İnter”in son oyunları barədə nə deyə bilərsən?
- AZAL və “Kəpəz” komandalarına qalib gələ bilməməsinə baxmayaraq “İnter” bu matçlarda yaxşı təsir bağışladı. Komanda kifayət qədər tarazlı oyun göstərdi və 2 oyunda bir çox əlverişli vəziyyətlər yaratdı. Təəssüf ki, şansızlıq faktoru qələbə qazanmağımıza imkan vermədi, amma istənilən halda itirilmiş xalları növbəti turlarda kompensasiya etmək mümkündür.
- Qarşıda “İnter”i “Xəzər-Lənkəran”la çətin oyun gözləyir. Bu matç barədə nə düşünürsən?
- “Xəzər Lənkəran”ın gücü barədə danışmağa dəyməz, hamı bu komandanın imkanlarını yaxşı bilir. Onlar çempionata əla başladılar və turnir cədvəlində digər komandalardan uzaqlaşıblar. Amma hər halda məğlubedilməz komanda yoxdur. Rəqibə qalib gəlmək üçün əlimizdən gələni etməyə çalışacağıq.
- Birinci dövrənin yarısından çox keçib, turnir cədvəli getdikcə öz konturlarını alır. Aydın olur ki, kim bu və ya digər yerlər uğrunda mübarizə aparacaq...
- Bəli, artıq hansısa nəticələr çıxarmaq olar. Amma istənilən halda qeyd etmək istərdim ki, bu il çempionat kifayət qədər gözlənilməz alınır. Bir nəzər yetirin, birinciliyin oyunlarında necə sürprizlər olur. Asan oyunlar qalmayıb və hətta autsayderi məğlub etmək üçün çox tərləmək lazım gəlir.
- Məlumdur ki, səni oktyabrın əvvəlində Avropa Çempionatının seçmə mərhələsi çərçivəsində 2 oyun keçirəcək Azərbaycanın gənclərdən ibarət milli komandasına dəvət ediblər. Bu dəvətə necə reaksiya verdin?
- Çox şad oldum. Etiraf edim ki, bu dəvəti çox gözləmişəm və məni dəvət etmələrindən məmnunam. Milli komandada özümü göstərmək və mənə olan inamı doğrultmaq istəyirəm.
- Buna qədər hansısa yaş kateqoriyasında milli komandalara cəlb olunmusan?
- Bəli, U-19 komandasına cağrılmışam, ancaq o zaman hər şey təlim-məşq toplanışıyla məhdudlaşmışdı. Səmimi qəlbdən ümid edirəm ki, indiki cağırış daha uğurlu olacaq.
- Bu mövsüm artırdığını görmək olar. Yəqin sən də oyunundan razısan?
- Bilirsiniz, hətta yüksək səviyyəli futbolçular da oyunlarından 100 faiz razı qalmırlar. Burada mənim haqqımda nə demək olar?! Xoşdur ki, “İnter”in əsas oyunçularından birinə çevrilmək mənə müyəssər oldu. Lakin yorulmadan təkrarlayacağam ki, mənə öz üzərimdə hələ çox işləmək lazımdır.
"Mən səni çox sevirəm"
Mbappenin durumu müəyyənləşdi
FİFA “The Best”i ləğv edir - Yeni mükafat yaradılır
Roberto Karlos ürəyindən əməliyyat olundu
“Fənərbaxça”da yeni prezident seçkisi
40 yaşlı futbolçu "uzunömürlülük" sirrini açıqladı
"Yuventus"un futblçusunun "Cenoa" arzusu baş tutmadı
Ştegen yalnız bu şərtlə "Barselona"dan ayrılmağa hazırdır
"Roma" yarımmüdafiə xəttini onunla gücləndirməyi hədəfləyir
Sabiq futbolçuya ərəblərdən təklif gəldi
Kurtua ayın ən yaxşısı seçildi
"Şamaxı"nın legioneri oynadı, komandası pley-offa yüksəldi
“Suallarımız cavabsız qalanda məyusluq oldu” - Video
Mbappe ÇL-in ən yaxşısıdır
Ronaldo 16 il sonra ilk dəfə...
"Mançester Yunayted" xal itrdi - Video
A seriyasında yeni qərar
"Arsenal"ın 4 qollu qələbəsi - Video
Seneqal Afrika Millətlər Kubokunun pley-offunda
Misli Premyer Liqasında 101 debüt
"Mançester Siti"dən "Borussiya"ya keçə bilər
"Qalatasaray" futbolçusu ilə sağollaşır
İspaniya klubu azarkeşlərlə bağlı ciddi tədbir gördü
Premyer Liqada cari mövsümdə 36 penalti, 29 qol qeydə alınıb
"Arsenal" çempionluq yolunda itki ilə üzləşdi
"Fənərbaxça" "Milan"ın təklifini rədd etdi
“Qarabağ”da 2025-ci ildəki - 11 önəmli hadisə
FİFA prezidenti: ofsayd qaydalarında dəyişiklik ola bilər
"Real"ın futbolçusu İngiltərəyə qayıda bilər
Baklov "Turan Tovuz"un qapısını inamla qorudu
Kubok oyununda azı 3 qol vurdular
"Qarabağ"ın rəqibi məşqçisi ilə yollarını ayırdı
Klişi Mbappenin klubunun baş məşqçisi oldu
Mahir Emrelidən maraqlı paylaşım - Şəkil
Pedri hazırdır
Pyaniç karyerasını başa vurdu
Rusiya klubunun məşqçisi 32 yaşında vəfat etdi
Dünyanın ən bahalı qapıçıları - Siyahı
Əşrəf Hakimi 2 aydan sonra meydana qayıtdı
Xviça ən yaxşı seçildi və Kaladzenin rekordunu təkrarladı