Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AİBA) Bakıda keçirilən 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatının püşkatması ilə bağlı “The Telegraph” qəzetinin yazdıqlarına reaksiya verib.
Qol.Az-ın məlumatına görə, qurumun saytı vasitəsilə yayılan bəyanatda püşk zamanı azərbaycanlı boksçuların səpələnmişlər sırasında yer alması bir müddət öncə qaydalarda edilən dəyişikliklə əlaqələndirilib.
Rəsmi açıqlamada qeyd olunur ki, digər növlərdə olduğu kimi, boksda da cütlüklər müəyyənləşdirilərkən təşkilatçı ölkənin təmsilçilərinə müəyyən üstünlüklər verilir. AİBA bu üsuldan təkcə dünya çempionatında deyil, olimpiadada da yararlanır. 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında Çinin, 2012-ci il London olimpiadasında Böyük Britaniyanın 6 boksçusu səpələnmişlər sırasına daxil edilib. Dünya çempionatında isə təşkilatçı ölkə AİBA və Ümumdünya Boks Seriyasının (WSB) reytinqində ilk 8 yeri tutan boksçular arasında təmsil olunmaq hüququna malikdir. Bu dəyişiklik dünya çempionatı keçirmək istəyən ölkələr üçün bir stimul rolunu oynayır.
Bəyanatda o da qeyd olunur ki, təşkilatçı ölkənin avtomatik səpələnmişlər sırasında olma praktikasından digər idman növlərində də yararlanırlar. Məsələn, taekvondo, reqbi, tennis, atletika, hətta futbol üzrə nüfuzlu yarışlarda meydan sahibləri cütlüklərə və ya qruplara rəhbərlik edir.
Konkret, 91 kq-dan yuxarı çəkidə Azərbaycanı təmsil edən Məhəmmədrəsul Məcidovun səpələnmiş boksçulara rəhbərlik etməsinə gəldikdə, AİBA bunu belə izah edib: “Məcidov WSB Liqasında öz çəkisində ikinci yeri tutub. Onu məğlub etmiş italiyalı Klemente Russo London olimpiadasına lisenziyanı təmin edib. Bu səbəbdən, Məcidov dünya çempionatında səpələnmiş komandalara başçılıq edir”.
AİBA korrupsiyaya qarşı dözümsüz olduğunu bir daha bəyan edərək bildirir ki, boksda şəffaflığın tərəfdarıdır.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi