Premyer Liqanın VIII turunda öz meydanında "Turan"ı qəbul edəcək Ağdamın "Qarabağ" klubu bu oyuna ciddi hazırlaşır.
Qol.Az-ın məlumatına görə, AZAL-la görüşdə uzun müddətli zədədən sonra start heyətində meydana çıxan və vurulan hər 3 qolda yaxından iştirak edən Vüqar Nadirov klubun rəsmi saytına müsahibəsində "Turan"la oyun haqda danışıb:
"Turan"la oyuna ciddi hazırlaşırıq. Tovuz klubunun son durumu bizi futbol baxımından maraqlandırmır. Meydana çıxan komanda futbol oynamağa çıxır. Əslində belə komandalara qarşı oynamaq çətin olur. Hər kəs rahat oyun gözlədiyindən bu, rəqib üçün əlavə qıcıq doğurur.
"Turan" köklü klublardan biridir. Onlar da sona qədər mübarizə aparacaqlar. Yaxşı futbolçuları var. Oyun eyni zamanda fərqli məkanda keçiriləcək. Bu, həm bizim, həm də rəqib üçün "Dalğa Arena"da ilk oyun olacaq. Amma meydanın düz olması maraqlı futbol olacağına işarədi".
Vüqar özü haqda isə belə danışıb: "Mövsümə yaxşı başlamışdım. "Banqa" ilə ilk oyunda 2 qol vurmuşdum. "Brügge" ilə zədələndiyim oyuna isə xüsusi hazırlamışdım. Özümə deyirdim ki, bu mənim oyunum olacaq. Amma qismət elə oldu ki, oyun başlayan kimi zədələndim.
Heç yadıma gəlmir ki, belə uzun müddət futboldan uzaq qalım. Ona görə futbol üçün çox darıxmışam. Şükür Allaha ki, zədəm artıq geridə qaldı. İnanılram ki, bu il mənim üçün uğurlu olacaq. Doğma komandamda çempionluq yaşamaq istəyirəm".
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi