Rauf Əliyev Premyer Liqanın növbəti turu çərçivəsində “Turan”la oyunda meydana çıxa bilər.
Bu barədə Qol.Az saytına futbolçu özü məlumat verib. Əliyevin sözlərinə görə, artıq zədəsi tam sağalıb və dünəndən etibarən məşqlərə başlayıb:
“İstanbulda 3 gün müalicə olundum. Oradakı müayinədən sonra məlum oldu ki, zədəm elə də ciddi deyil. Sadəcə dizimin yan bağlarında qismən qopma var. Bu isə elə də ciddi zədə hesab olunmur. Artıq hər şey qaydasındadı. Dünəndən etibarən fərdi məşqlərə başlamışam. Bu gün də fərdi çalışacam. Sabahdan isə komanda ilə birgə məşqlərə başlayacağam”.
Gənc hücumçu həftəsonu “Turan”la keçiriləcək oyunda meydana çıxa biləcəyini də istisna etməyib: “Zədəmlə bağlı heç bir problem yoxdur. Dünən qısa müddətə komanda ilə birgə məşq etdim. Dizimdə ağrı hiss eləmədim. Əgər “Turan”la oyuna qədər hazır olsam və Qurban müəllim də şans versə, meydana çıxa bilərəm”.
Xatırladaq ki, Rauf Premyer Liqanın VI turunun “Xəzər Lənkəran”la matçında rəqib komandanın futbolçusu Elnur Allahverdiyevin kobud oyunu nəticəsində zədələnmişdi. Forvarda ay yarım oynaya bilməyəcəyi diaqnozu qoyulsa da, Türkiyədəki müayinədən sonra onun zədəsinin ciddi olmadığı məlum olub.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi