Futbol üzrə Azərbaycan I Divizionunda artıq üç tur geridə qalıb. Komandalardan yalnız “Karvan” maksimum nəticə qazanaraq 9 xalla turnir cədvəlinə liderlik edir.
Qol.Az-ın məlumatına görə, bir vaxtlar ölkəmizi avrokuboklarda layiqincə təmsil etmiş Yevlax təmsilçisinin hazırkı durumu və qarşısına qoyduğu məqsədlər haqda klubun baş məşqçisi Zakir Mahmudov PFL-in rəsmi saytına danışıb:
“Gənc, mübariz, sona qədər vuruşan komanda formalaşdıra bilmişik. Yevlax futbolunun yetirməsi olan Kənan Kərimov da yenidən “Karvan”ın heyətindədir. Kənan bu mövsüm Premyer Liqada oynamaq istəyirdi. Transfer pəncərəsi bağlandıqdan sonra Kənanla danışdım və o, “Karvan”ın heyətində qalmağa razılılq verdi.
Onun göstərdiyi oyundan razıyam. Biz qarşımıza ancaq yer tutmağı və Premyer Liqaya vəsiqə qazanmağı məqsəd qoymuşuq. Bizim üçün burada çox yaxşı şərait yaradılıb, bizdə olan baza bir çox klubda yoxdur.
“Şəmkir” və “Tərəqqi” ilə oyunlarımız çox çətin keçdi. Rəqibin kimliyindən asılı olmayaraq hər oyuna yalnız qələbə qazanmaq üçün çıxırıq. Növbəti turda “Göyəzən”lə qarşılaşacağıq. Çətin oyun olacaq, ancaq biz Qazaxdan qələbə ilə dönməyə çalışacağıq".
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi