"Mançester Siti" klubunun baş məşqçisi Roberto Mansini Çempionlar Liqasının qrup mərhələsinin II turunda "Bavariya" ilə keçirdikləri oyundan sonra maraqlı açıqlamalarla diqqət çəkib.
Qol.Az-ın məlumatına görə, Mansini artıq bundan sonra Karlos Tevezin onun üçün bitdiyini açıqlayıb.
Buna isə oyunun gedişində Tevezin meydana daxil olmaqdan imtina etməsi səbəb olub. Rəqibinə 0:2 hesabı ilə məğlub olan Mansini Tevezi sonradan oyuna daxil etmək istəsə də futbolçu bunu rədd edib.
Mansini bununla bağlı belə danışıb: "Matçın gedişində Tevezi oyuna buraxmaq istəsəm də futbolçu bundan imtina etdi. Bir oyunçunun komandasına kömək etməkdən boyun qaçırması imkansızdır.
Ancaq Tevez bunu etdi. O, artıq mənim üçün bitdi. Tevezin gələcək taleyi isə məni heç maraqlandırmır".
16 il sonra yenidən...
Ronaldonun komanda yoldaşı klubdan getdi
“Şamaxı” Qətər klubu ilə qarşılaşacaq
FİFA mundialın final topunu təqdim etdi - Şəkil
Portuqaliya - İspaniya: Heyətlər
"Neftçi" Serbiya klubuna uduzdu
Lukaku Türkiyə klubuna keçə bilər
PSJ-nin qapıçısı Portuqaliya klubuna keçdi
"Qərar hansı əsasla ləğv edildi?" - Tomas Tuxel
"Milan"ın oyunçusu sıradan çıxdı
Millinin baş məşqçisindən rəqib oyunçuya qeyri-etik ifadə