Zaqatalanın "Simurq" klubunun kapitanı Rasim Ramaldanov Premyer Liqanın VIII turunda qarşılaşacaqları "Neftçi" ilə oyun haqda danışıb.
Qol.Az-ın məlumatına görə, Ramaldanov klubun rəsmi saytına verdiyi açıqlamada "Neftçi" ilə oyuna ciddi hazırlaşdıqlarını bildirib:
"Baxmayaraq ki, dünən məşqçilər korpusu rəsmi istirahət günü elan etmişdilər, biz məşqlərimizdən qalmadıq. Bütün komanda ilə qərara gəldik ki, ən azından yüngül məşqlər edək.
"Neftçi" bundan əvvəlki rəqiblərə baxanda, daha güclüdür. Məhz buna görə, məşqlərimiz də fərqlidir. Biz bu oyuna tam ciddi hazırlaşırıq. Qələbə əzmi ilə meydana çıxacayıq".
Kapitan eyni zamanda azarkeşləri də stadiona dəvət edib: "Minnətdaram ki, onlar hər oyun gəlib, bizi dəstəkləyirlər. Bu bizim üçün çox əhəmiyyətlidir. Odur ki, bütün azarkeşlərimizi "Simurq" - "Neftçi" oyununa dəvət edirəm".
Qeyd edək ki, "Simurq" son ev oyununda Gəncənin "Kəpəz" klubunu 4:2 hesabı ilə məğlub etmişdi.
16 il sonra yenidən...
Ronaldonun komanda yoldaşı klubdan getdi
“Şamaxı” Qətər klubu ilə qarşılaşacaq
FİFA mundialın final topunu təqdim etdi - Şəkil
Portuqaliya - İspaniya: Heyətlər
"Neftçi" Serbiya klubuna uduzdu
Lukaku Türkiyə klubuna keçə bilər
PSJ-nin qapıçısı Portuqaliya klubuna keçdi
"Qərar hansı əsasla ləğv edildi?" - Tomas Tuxel
"Milan"ın oyunçusu sıradan çıxdı
Millinin baş məşqçisindən rəqib oyunçuya qeyri-etik ifadə