"İnter"in yarımmüdafiəçisi Samir Zərgərovun klubun rəsmi saytına müsahibəsi
-Ötən turda komandanız "Кəpəz"lə görüşdü. Keçirilən oyun barədə sənin fikirini öyrənmək istərdik...
-"Kəpəz"lə oyun çox maraqlı oldu. Hər iki komanda kifayət qədər qol şansı əldə etdi, lakin bu vəziyyətləri dəyərləndirə bilmədi. Biz fərqlənmək üçün daha çox fürsət yaratdıq, amma şansızlıq hesabı açmağa imkan vermədi.
-"İnter"dən əvvəl sən məhz Gəncə klubunun şərəfini qoruyurdun. Keçmiş komandana qarşı oynamaq sənin üçün necə alındı?
-Bu, mənim üçün adi oyun idi. Hər görüşdə olduğu kimi, qələbə qazanmaq istəyirdim, təəssüf ki, alınmadı.
-Qarşıda “İnter”i "Xəzər-Lənkəran"la çətin oyun gözləyir. Baş tutacaq bu görüş haqqında nə deyə bilərsən?
-İndidən deyə bilərəm ki, oyun çox maraqlı olacaq. Hansısa proqnozları vermək istəmirəm. Bütün sualların cavabını keçiriləcək oyun verəcək.
-Sənin fikirincə, "İnter" nəyin hesabına "Xəzər-Lənkəran"ı üstələyə bilər?
-"İnter" komandasının potensialı hər rəqibi üstələməyə imkan verir. Fikirimcə, onları taktiki hazırlıqda da üstələyə bilərik.
-Rəqibin birinci yerdə getməyi "İnter"i qorxutmur ki?
-Yox, bu bizi qorxutmur. Çempionatın indiki mərhələsində istənilən komanda birinci yerdə gedə bilər. Meydana çıxanda, bizi rəgibin turnir cədvəlindəki yeri maraqlandırmır. Əsas məqsədimiz qələbə qazanmaqdır.
-Bu mövsüm "Xəzər-Lənkəran"ın oyunlarını izləmisən? Bu komanda haqqında hansı fikirdəsən?
-Bir neçə oyunlarını izləmişəm. Deyə bilərəm, ki onlar pis təsir bağışlamırlar. Bilirəm ki, bu klub hələ də çempionatda məğlub olmayıb, amma ilk məğlubiyyət acısını bizimlə keçirəcəkləri görüşdə yaşayacaqlarına ümid edirəm.
-"İnter"in heyətində sən artıq üç görüşdə meydana çıxmısan. Hətta debüt oyunda fərqlənməyi da bacarmısan. Keçirilən görüşlərdə öz oyunundan razı qaldın?
-Sevindirici haldır ki, elə "Sumqayıt Şəhər" klubuna qarşı keçirilən debüt oyunumda qol vurdum və komandamız qələbə qazandı. Qeyd etmək istərdim ki, mən zədədən təzəcə sağalmışam və hələ də optimal formada deyiləm. Ümid edirəm ki, gələcəkdə daha yaxşı oyun göstərib komandama daha böyük fayda verə biləcəyəm.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı