Avro-2012-nin seçmə mərhələsi çərçivəsində oktyabrın 7-də «Dalğa Arena»da (Mərdakan qəsəbəsində) keçiriləcək Azərbaycan – Avstriya oyunu ilə bağlı AFFA yeni layihə tətbiq edəcək.
Qol.Az-ın AFFA-nın saytına istinadən yaydığı məlumata görə, Azərbaycan – Avstriya oyununu izləmək istəyən qadınlar pulsuz bilet əldə edə biləcəklər.
Bunun üçün «Dalğa Arena»nın qarşısında xüsusi kassa fəaliyyət göstərəcək. Həmin kassanın üzərində «Qadınlar üçün pulsuz bilet» sözləri yazılacaq. Oyunu izləmək istəyən qadınlar qarşılaşmanın başlanmasına 2 saat qalmış həmin kassaya yaxınlaşaraq, pulsuz bilet ala bilərlər. Hər bir qadının özü ilə gətirəcəyi bir uşaq üçün də pulsuz bilet veriləcək.
Bu məqsədlə «Dalğa Arena»nın 10 B sektoru ayrılıb.
16 il sonra yenidən...
Ronaldonun komanda yoldaşı klubdan getdi
“Şamaxı” Qətər klubu ilə qarşılaşacaq
FİFA mundialın final topunu təqdim etdi - Şəkil
Portuqaliya - İspaniya: Heyətlər
"Neftçi" Serbiya klubuna uduzdu
Lukaku Türkiyə klubuna keçə bilər
PSJ-nin qapıçısı Portuqaliya klubuna keçdi
"Qərar hansı əsasla ləğv edildi?" - Tomas Tuxel
"Milan"ın oyunçusu sıradan çıxdı
Millinin baş məşqçisindən rəqib oyunçuya qeyri-etik ifadə