Şevçenko daha bir il “Dinamo”da

Şevçenko daha bir il “Dinamo”da
XƏBƏR 27 Sentyabr 2011 / 14:18 1440
-  A +

Ukrayna millisi və “Dinamo”nun hücumçusu Andrey Şevçenko Kiev klubu ilə müqaviləsinin müddətini uzadıb.

Qol.Az-ın məlumatına görə, ulduz futbolçu daha bir il bu komandanın şərəfini qoruyacaq. Bununla bağlı Ukraynanın “1+1” kanalına müshibə verən təcrübəli hücumçu futbolla vidalaşıb-vidalaşmayacağına da gələn il qərar verəcəyini bildirib:

“Dinamo” ilə bir illik müqavilə imzaladım. Bundan sonra səhhətim imkan versə, futbola davam edəcəm. Ancaq Avro-2012-dən sonra milli komandadakı karyeramı başa vuracam. Gələn Ukraynada keçiriləcək çempionatda qalib olmaq istəyirəm. Hazırkı hədəfim isə çempionatda milli komandanın heyətində yer almaq və meydana çıxmaqdır”.

 

 


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner