AFFA İntizam Komitəsinin qərarları açıqlanıb. Qol.Az-ın məlumatıan görə, İK Birinci divizionun son turunda qeydə alınan qayda pozuntularına görə, klublara verilən cəzaları açıqlayıb.
I divizionunun III turunun “Şuşa” – “Lokomotiv” matçında hər iki klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün komandalar 100 manat cərimə olunub.
Oyunun 73-cü dəqiqəsində “Şuşa” klubunun futbolçusu Pərviz Bayramov kobud oyuna görə barbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəza verilib. Klubu isə 200 manat cərimə ödəməli olacaq.
Matçın protokolunda oyunun 85-ci dəqiqəsində “Şuşa” klubunun 9 №-li futbolçusu Orxan Lalayevin kobud oyuna görə barbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı göstərilmişdi. Lakin matçın videoyazısını izlədikdə, futbolçuya göstərilən qırmızı vərəqənin əsassız olduğu aşkar olunub. Bu faktı oyunun hakim-inspektoru da öz raportunda əks edib. Bu səbəbdən də futbolçuya göstərilən vərəqə ləğv edilib.
Matçın 90+1-ci dəqiqəsində “Lokomotiv” klubunun futbolçusu Aydın Mustafazadə idmançıya yaraşmayan hərəkətə görə, ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 20 manat cərimə olunub.
I divizionunun III turunun “Karvan” – “Tərəqqi” matçında “Karvan” və “Tərəqqi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 100 manat cərimə olunub.
I divizionunun III turunun “Bakılı” – “Şəmkir” matçında “Şəmkir” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə ödəyəcək.
Matçın 85-ci dəqiqəsində “Şəmkir” klubunun futbolçusu Tural Hacıyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 20 manat cərimə tətbiq olunub.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı