Millimiz Avropa çempionatı ilə vidalaşdı

Millimiz Avropa çempionatı ilə vidalaşdı
XƏBƏR 28 Sentyabr 2011 / 01:23 4154
-  A +

Bu gün İtaliyanın Monza şəhərində davam edən voleybol üzrə qadınlardan ibarət komandalar arasında Avropa çempionatının “play-off” oyunlarına start verilib.

Qol.Az-ın məlumatına görə, bu mərhələdə millimiz Hollandiya yığması ilə üz-üzə gəlib.

Oyuna yaxşı başlayan Faiq Qarayevin komandası ilk seti qalib başa vurublar. Lakin təəssüf ki, bu millimizin son qələbəsi olub. Növbəti setlərdə məğlub olan millimiz Avropa çempioantı ilə vidalaşıb.

Qeyd edək ki, Hollandiya millisi isə çempionata ev sahibliyi edən  İtaliya kollektivi ilə qarşılaşacaq.




27 sentyabr

Voleybol üzrə Avropa çempionatının “play-off” mərhələsi

20:30. Türkiyə - İspaniya - 3:0 (25:19, 25:17, 25:21)

23:30. Azərbaycan - Hollandiya - 1:3 (25:23, 25:27, 16:25, 17:25)

Son xəbərlər
23.05.25  14:11

"Bayer"ə "hə" dedi