Millimizin kapitanı dünya çempionatında mübarizəni dayandırdı

Millimizin kapitanı dünya çempionatında mübarizəni dayandırdı
XƏBƏR 27 Sentyabr 2011 / 17:12 2984
-  A +

Bakıda boks üzrə dünya çempionatı davam edir.

Qol.Az-ın məlumatıan görə, turnirin ikinci günündə iki boksçumuz mübarizəyə qoşulub.

İlk olaraq rinqə 52 kq-da yarışan Elvin Məmişzadə çıxacaq. Onun rəqibi isə İndoneziya boksçusu Julio Bria olub. İdmançımız rəqibini məğlub etməklə növbəti mərhələyə vəsiqə qazanıb.

Məmişzadə ikinci döyüşünü oktyabrın 2-də keçirəcək. O, Fransisko Torijosla (İspaniya) qarşılaşacaq.

Daha sonra isə 56 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Rəhim Nəcəfov ilk görüşünü keçirəcək. Nəcəfov Luke Kempbellə üz-üzə gəlib. Lakin təəssüf ki, Nəcəfov rəqibi ilə bacarmayıb və mübarizəni erkən dayandırmalı olub.

Qeyd edək ki, dünya çempionatı həm də London olimpiadasına lisenziya xarakteri daşıyır.

 


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner