İtaliyanın Monza şəhərində təşkil olunan qadın voleybolçular arasındakı Avropa çempionatı davam edir.
Qol.Az-ın məlumatına görə, millimiz çempionatın "play-off" mərhələsində Hollandiya yığması ilə qarşılaşacaq.
Artıq bu görüşün başlama saatı da açıqlanıb. Monza şəhərində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.
Qeyd edək ki, sentyabrın 27-də keçiriləcək Hollandiya – Azərbaycan cütünün qalibi 1/4 finalda İtaliya yığması ilə qarşılaşacaq.
16 il sonra yenidən...
Ronaldonun komanda yoldaşı klubdan getdi
“Şamaxı” Qətər klubu ilə qarşılaşacaq
FİFA mundialın final topunu təqdim etdi - Şəkil
Portuqaliya - İspaniya: Heyətlər
"Neftçi" Serbiya klubuna uduzdu
Lukaku Türkiyə klubuna keçə bilər
PSJ-nin qapıçısı Portuqaliya klubuna keçdi