Əsgər Abdullayev “Turan”da qaldı

Əsgər Abdullayev “Turan”da qaldı
XƏBƏR 26 Sentyabr 2011 / 14:38 2252
-  A +

“Turan”ın baş məşqçisi Əsgər Abdullayev komandadan ayrılmayacaq.

Bu barədə Qol.Az-ın müxbiri ilə söhbətində Tovuz klubunun icraçı direktoru Rasim Əliyev məlumat verib. Əliyevin sözlərinə görə, klub prezidenti Musa Süleymanov Abdullayevin istefasını qəbul etməyib: “Əsgər müəllim “Rəvan”la oyundan sonra istefa verdi. Ancaq şənbə günü Bakıdakı toplantıda Musa müəllim baş məşqçinin istefasını qəbul etmədi. Əsgər müəllim bu gün axşam yenidən öz işinə başlayacaq. Hazırda yoldadır, Tovuza qayıdır”.

Futbolçuların maaş məsələsinin də yaxın günlərdə həll olunacağını bildirən Əliyev klub rəsmilərinin sırf bu problemlə bağlı bu gün axşam saatlarında Tovuzda olacaqlarını bildirib: “Bu gün axşam saatlarında klub rəhbərliyi Tovuzda olmalıdır. Yəqin ki, axşam məşqinə kimi burada olacaqlar. Növbəti dəfə iclas olacaq və orada həm futbolçuların maaşlarının verilməsi məsələsi, həm də digər problemlər müzakirə olunub, yoluna qoyulacaq”.

Son xəbərlər
23.05.25  14:11

"Bayer"ə "hə" dedi