Vaqif Sadıqovun komandası “Terek”lə bacarmadı

Vaqif Sadıqovun komandası “Terek”lə bacarmadı
XƏBƏR 26 Sentyabr 2011 / 22:44 1756
-  A +

Bu gün keçirilən bir oyunla Rusiya Premyer Liqasının 25-ci turuna yekun vurulub.

Qol.Az-ın məlumatına görə, millimizin sabiq baş məşqçisi Vaqif Sadıqovun da çalışdığı “Anji” klubu doğma meydanda “Terek”i qəbul edib.

Lakin oyun Mahaçqala təmsilçisi üçün heç də yaxşı başlamayıb. Matçın 8-ci dəqiqəsində Pavlenko qonaqları hesabda önə çıxarıb. Bununla belə, Eto'Onun qolu özünü çox gözlətməyib - 1:1.
 
Fasilədən sonra hərəyə bir dəfə fərqlənən tərəflər oyundan 2:2-lik bərabərliklə ayrılıb. Bununla da, Sadıqovun komandası turnir cədvəlində 5-ci pilləyə yüksəlmək şansını əldən verib.

Aktivində 41 xal olan Mahaçqala təmsilçisi hazırda turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. 

Qeyd edək ki, “Anji”nin baş məşqçisi Hacı Hacıyev cəzalı olduğu üçün komandanı bugünkü oyuna da Sadıqov çıxarıb.



26 sentyabr

Rusiya Premyer Liqasının 25-ci turunun oyunu


“Anji” (Mahaçqala) – “Terek” (Qroznı) - 2:2
Qollar:
Pavlenko, 8 (0:1), Eto'O, 14 (1:1), Vlasov, 88 (1:2), Joao Karlos, 90+2 (2:2) 

Son xəbərlər
23.05.25  14:11

"Bayer"ə "hə" dedi