Messinin arzusu

XƏBƏR 26 Sentyabr 2011 / 12:31 1981
-  A +

Ötən tur “Atletiko” ilə oyunda 3 qol vurmaqla, kataloniyalıların heyətində 12-ci het-trikini rəsmiləşdirən Messi bununla kifayətlənmək niyyətində deyil.

Qol.Az-ın məlumatına görə, ulduz futbolçu “Barsa”nın tarixində qeydə alınmış rekordların hamısını yeniləmək istəyini dilə gətirib. Bir sözlə, Messi adını ispan klubunun tarixinə qızıl hərflərlə yazmaq arzusunda olduğunu bildirib:

“Mən qürur duyuram ki, “Barselona”nın tarixində ən sərrast oyunçu olmaq imkanına sahibəm. Hansı ki, uzun illərdir bu rekord Sezar Rodriqesə məxsus olub. Onu keçməyi və adımı klubun tarixinə yazdırmağı çox istəyirəm”.

Qeyd edək ki, Messinin aktivində hazırda 192 qol var. Argentinalı yarımmüdafiəçi 2 dəfə də fərqlənsə, sözügedən rekordu yeniləyəcək.

Son xəbərlər
23.05.25  14:11

"Bayer"ə "hə" dedi